Bərzani PKK-ya silah çəkdi
20 may 2013 15:01 (UTC +04:00)

Bərzani PKK-ya silah çəkdi

Orta Şərqdə kürd qruplar arasında qanlı savaş yaşana bilər. Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Şimali İraq Kürd Muxtariyyatının rəhbəri, İraq Kürdüstan Demokrat Partiyasının sədri Məsud Bərzaniyə yaxınlığı ilə seçilən Suriyadakı Kürd Demokrat Partiyasının 75 üzvü PKK terror təşkilatının Suriyadakı qanadı PYD tərəfindən saxlanılıb.

 

Buna səbəb mayın 19-da Suriya Kürd Demokrat Partiyasının Qamışlı şəhərində aksiya keçirməsi və PYD-nin aylardır ki, həbsdə saxladığı bəzi müxalifləri sərbəst buraxmağı tələb etməsi olub. Aksiyada PYD Suriya prezidenti Bəşər Əsədə dəstək verməkdə günahlandırılıb və Bəşər Əsəd əleyhinə şüarlar səsləndirilib.

 

Aksiyaçılar Suriya ordusuna boyun əymədikləri kimi PYD-yə də boyun əyməyəcəklərini vurğulayıblar. Bu aksiyadan bir gün sonra isə PYD İra-Suriya sərhədindəki Derik sərhəd-keçid məntəqəsindən Suriya Kürd Demokrat Partiyasının 75 üzvünü də saxlayaraq geri çəkilmək niyyətində olmadığını ortaya qoyub.

 

Məsud Bərzani isə ona yaxınlığı ilə seçilən partiyanın üzvlərinin saxlanılmasına sərt təpgi verib. PYD-yə saxlanılan şəxsləri sərbəst buraxması üçün bu gün axşama qədər vaxt verilib. PYD-yi bir ay əvvəl imzalanan Ərbil razılaşmasına əməl etməyə çağıran Məsud Bərzaninin Suriya-İraq sərhədinə xüsusi təyinatlı hərbi birləşmə göndərdiyi də bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 965

Oxşar yazılar

Marketdə insanlara hücum edən şəxs 11 nəfəri yaraladı

Marketdə insanlara hücum edən şəxs 11 nəfəri yaraladı

27 iyul 2025 , 04:04
"Akkuyu" AES təhlükə altında - Yanğınlarla əhatə olundu

"Akkuyu" AES təhlükə altında - Yanğınlarla əhatə olundu

26 iyul 2025 , 22:50
Qatarda doğduğu uşağı tualetə atdı,  həbs olunmadı

Qatarda doğduğu uşağı tualetə atdı, həbs olunmadı

26 iyul 2025 , 19:22
Dünyada ilk kabab institutu  fəaliyyətə başlayır

Dünyada ilk kabab institutu fəaliyyətə başlayır

26 iyul 2025 , 19:17
Bu müsəlman ölkəsi niqabı qadağan etdi

Bu müsəlman ölkəsi niqabı qadağan etdi

26 iyul 2025 , 16:43
Avtobus aşdı, 15 nəfər  öldü

Avtobus aşdı, 15 nəfər öldü

26 iyul 2025 , 09:24
Taylandın hücumu nəticəsində Kambocada 13 nəfər öldü

Taylandın hücumu nəticəsində Kambocada 13 nəfər öldü

26 iyul 2025 , 06:52
Hər il 20 min insana   çip taxılacaq

Hər il 20 min insana çip taxılacaq

26 iyul 2025 , 05:51