Batuminin müsəlman camaatı yeni məscidin tikilməsi üçün ərazi istəyir.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, onlar Batuminin Barqration küçəsinə toplaşaraq, bildiriblər ki, mövcud məscid gələnlər üçün yetərli deyil, bu səbəbdən də daha bir məscidin tikilməsinə ehtiyac var.
Gürcüstan müftisinin müavini Adam Şantadze avqustun 30-da namaza gələnlər yeni məscidin tikiləcəyi yer üçün ərazinin müəyyən edilməsini tələb etdiklərini söyləyib.
A.Şantadzenin sözlərinə görə, Baqration küçəsində bunun üçün uyğun yer var.