Türkiyədə Bosfor boğazında qaçaqların daşındığı qayığın batması nəticəsində ölənlərin sayı artır.
Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, qəzadan sonra aparılan axtarışlar nəticəsində bu ana qədər 24 cəsəd tapılıb.
Qaçaqlardan 12-in uşaq, 7-in qadın, 23-ün isə kişi olduğu açıqlanıb. Qayıqda Türk kapitan ilə bir yerdə ümumilikdə 43 insan olub.
Hadisə yerinə həkim, polis və xilasedicilər cəlb olunub. İlk öncə dənizdə sağ qalan insanları xilas etmək üçün çalışırlar.