Baş nazir istefa ilə parlamenti hədələyib
10 fevral 2013 01:47 (UTC +04:00)

Baş nazir istefa ilə parlamenti hədələyib

Tunisin baş naziri Həmad Cebal parlamenti istefa verəcəyi ilə  hədələyib.

 

Lent.az-ın məlumatına əsasən, o, bildirib ki, yaxın günlərdə «texnokratlardan» ibarət qurmaq istədiyi hökuməti parlament təsdiqləməzsə, tutduğu vəzifədən gedəcək.

 

Fevralın 6-da müxalifət lideri Şükrü Belaidin qətlindən sonra ölkədə kütləvi etiraz aksiyaları keçirilib. Bu faciədən sonra  baş nazir yeni hökumətlə bağlı təklifini irəli sürüb.

 

İslamçı sayılan «Ən-Nahda»  Partiyası hökumət başçısının sözügedən təşəbbüsünü dəstəkləməyib. Fevralın 9-da bir neçə min «islamçı» ölkə paytaxtı Sanada bu partiyanı dəstək yürüşü keçirib

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 916
avatar

Oxşar yazılar