İraqın paytaxtı Bağdad yaxınlığında güclü partlayış baş verib.
APA-nın AFP agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə 25 nəfər ölüb.
İlkin ehtimala görə, partlayış terrorçu-kamikadze tərəfindən törədilib.
Hadisənin təfərrüatları dəqiqləşdirilir. İnsidentə görə məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.