Avroparlamentin deputatı: «Rusca təhsil ləğv edilsin»
10 fevral 2013 05:42 (UTC +04:00)

Avroparlamentin deputatı: «Rusca təhsil ləğv edilsin»

Avropa Parlamentinin Latviyadan olan deputatı, keçmiş iqtisadiyyat naziri Krişyanis Karinş ölkəsində rus dilində təhsilin ləğv edilməsini təklif edib.

 

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, o,Latviyanın «TV3» kanalına müsahibəsində deyib:«Bizim öz xalqımız var, öz müstəqil respublikamız. Bizə latış dilində təhsil sistemini qorumaq lazımdır. Başqa dili öyrənmək istəyənlər varsa, bu indiki şəraitdə pullu da öyrənmək olar».

 

Avroparlamentin üzvü onu da deyib ki, ABŞ-da anadan olub, ingilis dilində təhsil alıb, ancaq latışcanı evdə öyrənib:«Latviyada yaşayan rusdillilər də belə etməlidir».

 

Bu respublikada rusca xarici dil sayılsa da, dövlət məktəblərinin 3-də birində təhsil bu dildədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1452
avatar

Oxşar yazılar