Avroparlamentin təmsilçiləri bu həftə İrana səfər edəcək. Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, onlar ölkədəki siyasilərlə təmas quraraq, insan haqlarının vəziyyətini müzakirə edəcəklər.
Səfər haqda açıqlama verən, avroparlamentin deputatı İzabella Düran deyib: «Biz tərəqqiyə görə, hakimiyyəti təbrik edirik. Eləcə də mürəkkəb məsələləri müzakirə edəcəyik».
«Frans press»- in məlumatına görə, nümayəndə heyətinə Finlandiya, Avstriya və Niderlanddan olan solyönlü siyasi düşüncəli deputatlar daxildir.
Mənbə bildirib ki, nümayəndə heyəti dekabrın 13-16 İranda olacaq. Səfər proqramı tam təsqdilənməsə də, onların iranlı deputatlar, icra hakimiyyətinin təmsilçiləri ilə görüşlər keçirəcəyi gözlənilir.
Avropalı deputatlar hüquq müdafiəçisi, bu yaxınlarda həbsdən buraxılmış Nəsrin Sotudeh və hazırda həbsdə olan rejissor Cəfər Pənahi ilə görüşməyi planlaşdırır. Onların hər ikisi 2012-ci ildə Avropa parlamentinin təsis etdiyi Saxarov adına mükafata layiq görülüblər.