Avropa Birliyi komissiyası quruma üzv ölkələrə gətirilmiş yarımfabrikat at ətlərinin yoxlanılmasını tələb edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda kənd təsərrüfatı üzrə komissar Tonio Borq bəyanat verib.
İrlandiyanın kənd təsərrüfatı naziri isə bunun ümumavropa problemi olduğuna diqqəti çəkərək, qərarın da bu məkan üzrə aparılmasını istəyib.
Xatırladaq ki, bu günlərdə Avropa Birliyinin bir sıra dövlətlərində çeşidli ət məhsullarında mal ətinin yerinə at əti aşkar edilib.