Miqrantların Avropa İttifaqı ölkələrinə keçmək üçün istifadə etdikləri “Balkan marşrutu” bağlanır.
APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu Avropa İttifaqı Şurasının sədri Donald Tusk bəyan edib.
“Avropa İttifaqı-Türkiyə sammitində liderlər digər qərarları da qəbul ediblər. Bu səbəbdən işimiz çox uzun çəkdi. Deyə bilərəm ki, bu gündən etibarən “Balkan marşrutu” miqrasiya axını üçün bağlandı”, deyə D.Tusk bildirib.
Xatırladaq ki, Brüsseldə miqrasiya böhranı ilə bağlı növbədənkənar Avropa İttifaqı-Türkiyə sammiti başa çatıb. Növbəti, həlledici toplantı martın 18-ə təyin edilib.