Martın 9-da Avropa Parlamentinin Strasburqda keçirilmiş toplantısında Avropa İttifaqı-Türkiyə zirvəsinə dair aparılmış müzakirələrdə Avropa Parlamentinin Yunanıstandan olan üzvü Elefterios Sinadinos çıxış edib.
APA-nın Avropa müxbirinin məlumatına görə, ifrat sağçı olan Elefterios Sinadinos Türkiyə və türk xalqına qarşı təhqiramiz ifadələr işlədib.
Qalmaqala səbəb olan çıxışdan sonra söz alan qurumun sədri Martin Şults yunan deputatının bu kəlmələrinin qəbuledilməz olduğunu bildirərək onu iclas zalından qovub.
Yunanıstanlı parlamentar əvvəl iclası tərk etmək istəməzə də, Martin Şultsun təkidindən və lazım gələrsə onu zaldan güclə çıxarılacağını dedikdən sonra iclası tərk etməli olub. Martin Şults bu məsələnin AP-nin xüsusi prosedur komitəsi tərəfindən aydınlaşdırılacağı və Elefterios Sinadinosun cəzalandırılacağını söyləyib.