Bu gün Avropa Komissiyası Gürcüstan vətəndaşları üçün vizasız rejimin tətbiqinə dair normativ sənəd layihəsini təqdim edib.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bunu miqrasiya və vətəndaşlıq üzrə Avrokomissar Dimitris Avramopulos Brüsseldə bəyan edib.
“Avropa Komissiyası Gürcüstan vətəndaşları üçün viza məhdudiyyətini aradan qaldırmağı təklif edib. Qanunverici təşəbbüs təsdiqlənməsi üçün Avropa İttifaqı Şurası və Avropa Parlamentinə göndəriləcək. Ümidvaram ki, layihə tezliklə təsdiq olunacaq”, deyə D.Avromopulos bildirib.