Avropa 8 terrorçunu axtarır
27 mart 2016 14:11 (UTC +04:00)

Avropa 8 terrorçunu axtarır

Avropa ölkələrinin hüquq-mühafizə orqanları Brüssel və Parisdə törədilən terror aktlarından sonra Ən azı 8 terrorçu və onlarla əlbir olan şəxsləri axtarır.

 

APA-nın məlumatına görə, bu barədə Almaniyanın “Welt am Sonntag” qəzeti təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

 

Qəzin yazdığına görə, şübhəli şəxslərin əksəriyyəti  Fransa və Belçika vətəndaşlarıdır. Onlar ya Suriyada gizlənir, ya da hələ Avropada qalmaqdadırlar.  Haqlarında axtarış elan edilən şəxslər Parisdə törədilən terror aktlarının təşkilatçısı Abdülhəmid Abaaula və Belçikada saxlanılan Salah Abdeslamla əlaqəlidirlər. Bu qənaətə gəlinməsinin səbəbi odur ki, Belçika polisinin martın 15-də keçirdiyi reyd zamanı öldürülən Əlcəzair əsilli  Məhəmməd Belkaid İŞİD-in Avropadakı koordinatorlarından biri olub. Böyük ehtimalla M. Belkaid  Brüsseldə partlayıcı qurğunu işə salan Nacim Laxraui ilə birlikdə Belçikadan telefonla Parisdəki terrorçuların hərəkətlərini koordinə edib.

 

“Welt am Sonntag” yazır ki, 2015-ci ildə iki İŞİD terrorçusu Fransada istintaqa ifadələri zamanı İŞİD-in Avropada böyük terror aktları həyata keçirmək planları barədə danışıblar.

 

Xatırladaq ki, keçən il noyabrın 13-də Parisdə baş verən terror aktı zamanı 130 nəfər ölüb. Bu il martın 22-də isə Brüsseldə silsilə terror aktları baş verib. Nəticədə 31 nəfər ölüb, 300-dən çox insan yaralanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 263
avatar

Oxşar yazılar