Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı Mustafa Kamal Atatürkün nəşinin köçürülməsi prosesi ilə bağlı sənədli film yayımlayıb.
Lent.az-ın Türkiyə informasiya vasitələrinə istinadən məlumatına görə, Baş Qərargah tərəfindən hazırlanan 6 klipdən ibarə bu sənədli filmdə Atatürkün nəşinin Anıtqəbirə köçürülməsi haqda məlumat verilir.
Film internet saytlarında «75 il öncə Dolmabahçə ağlayır, Türk milləti ağlayır» cümləsi ilə başlayır. 1938-ci il dekabrın 16-da Türkiyə liderinin nəşi ölkənin bayrağı sarılmış tabutu xalq ziyarət edib. Dekabrın 19-da Dolmabahçədə professor Şərafəddin Yaltqaya tərəfindən cənazə namazı qılınıb.
Cənazə 1938-ci il dekabrın 20-də gecə özəl qatarla İzmitdən Ankaraya gətirilib. Ertəsi gün Türkiyə Böyük Millət Məclisində vida mərasimi keçirildikdən sonra Etnoqrafiya Muzeyində hazırlanan mərmər sakrofaqa qoyulub.
1953-cü il dekabrın 10-da isə Atatürkün tabutu Etnoqrafiya Muzeyindən ayrı bir mərasimlə Anıtqəbirə köçürülüb.
Baş Qərargahın arxivindən yayımlanan həmin fotoları diqqətinizə çatdırırıq.