Ata Buşun məktubları  oğurlanıb
09 fevral 2013 05:54 (UTC +04:00)

Ata Buşun məktubları oğurlanıb

 

ABŞ-ın keçmiş prezidenti ata Corc Buşun elektron poçtuna Guccifer nikli haker tərəfindən hücum olub. APA-nın məlumatına görə, siyasətçinin şəxsi məktubları və şəkilləri oğurlanıb.

 

Elektron məktublarda Buş ailəsinin üzvlərinin ünvanları və şəxsi məlumatları olduğu bildirilir.

 

Corc Buşun nümayəndəsi artıq istintaqın başlandığını bildirib.

 

Məktublar arasında hazırkı prezident Barak Obamanın da Buşa yazdığı məktub var.

 

Ata Corc Buş 1989-1993-cü illərdə ABŞ prezidenti olub. 88 yaşlı keçmiş prezident ötən ilin noyabrından bu ilin yanvarınadək bronxit diaqnozu ilə xəstəxanada yatıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 606
avatar

Oxşar yazılar