Rusiyanın Sankt-Peterburq şəhərində hərbi hospitalın psixiatriya bölməsində meyiti tapılan 2 tibb bacısı cinayəti üzrə xüsusi komissiya yaradılıb. Lent.az-ın “İnferfaks”a istinadən məlumatına görə, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun göstərişi ilə yaradılmış komissiyaya nazirliyin Baş Hərbi Tibb Müdirliyi başçılıq edir.
Daxili İşlər Nazirliyinin araşdırmalarının ilkin nəticəsinə görə, Z. P. Solovyeva adına hərbi hospitalından qaçmış hərbçilərdən biri Hərbi Kosmik Akademiyanın tələbəsi, 1997-ci il təvəllüdlü Voronoej sakini Stepan Doçenkidir. Digərləri isə Aleksandr Tomski və David Ziqanşindir. Onların hər üçü mart ayında hospitala yerləşdirilib. Plis Sankt-Peterbuqda hava limanı və vağzalları nəzarətə alınıb. Məlumdur ki, qaçaqlar hərbi geyimdədirlər. Öldürülən 63 və 52 yaşlarındakı tibb bacılardan birinə 4 bıçaq yarası vuraraq, digərini isə boğaraq öldürüblər.
10:17
Bu gecə Rusiyanın Sankt-Peterburq şəhərində hərbi hospitalın psixiatriya bölməsində 2 tibb bacısının meyiti tapılıb.
APA-nın “Interfax”a istinadən verdiyi məlumata görə, daha sonra həmin bölmədə müalicə alan 3 hərbçinin itkin düşdüyü məlum olub. Qərb hərbi dairəsindən faktı təsdiqləyərək hər 3 şəxsin tibb bacılarının ölümündə şübhəli bilindiyi deyilir. Üç hərbçinin dairə komandanlığı ilə hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən axtarışda olduğu açıqlanıb. Onlardan biri Hərbi-kosmik Akademiyanın tələbəsidir.