Rumıniyada yerli kanalların birində hava haqqında məlumatı səsləndirən aparıcı Roksana Vança canlı yayımda tullanarkən təsadüfən sinəsini göstərib.
Lent.az-ın “oxu.az”-a istinadən xəbərinə görə, 25 yaşlı qız səhər idmanı üçün bir neçə fiziki hərəkət nümayiş etdirib.
İlk olaraq tullanmalardan başlamaq qərara alınmışdı, amma bu dərin kəsikli köynək geyən qızın ən böyük səhvi oldu.
İdmana başladıqdan bir neçə saniyədən sonra aparıcının sinəsi çöldə qaldı.
Baş verənləri görən Vançinin yayım yoldaşlarından biri əllərini binokl şəklində gözünə tutub, digəri isə qız maykasını düzəldənə qədər ona tərəf baxmayıb.