Ankarada partlayış törədən qadın YPG-də təlim keçib
15 mart 2016 22:21 (UTC +04:00)

Ankarada partlayış törədən qadın YPG-də təlim keçib

Ankarada partlayış törədən terrorçu 1992-ci il təvəllüdlü Səhər Çağla Dəmir PKK üzvü olub və YPG-də (PKK-nın Suriya qolu) təlim keçib. APA-nın məlumatına görə, bu barədə Türkiyə DİN-in bəyanatında bildirilir.     

 

Xəbər verildiyi kimi, kamikadze-terrorçu Səhər Çağla Dəmir 1992-ci ildə Qars şəhərində anadan olub. Balıkəsir Universitetində turizm və otelçilik üzrə təhsil alan  Səhər Çağla Dəmirin ailəsi 2013-cü ildə qızın itkin düşməsi barədə polisə müraciət edib. Araşdırma nəticəsində onun PKK silahlılarına qoşularaq, dağa çıxdığı müəyyənləşib. Daha sonra Balıkəsirə qayıdan tələbə qız barəsində cinayət işi başlayıb.

 

Səhər Çağla Dəmir və bir kişi terrorçu ilə partlayışdan 5 gün əvvəl Ankaraya gəlib. Hadisə zamanı partladılan avtomobilin 10 gün əvvəl oğurlandığı üzə çıxıb.

 

Qeyd edək ki, martın 13-də Ankaranın mərkəzindəki Kızılay meydanında törədilən partlayışda 37 nəfər ölüb, 125 nəfər yaralanıb.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 218
avatar

Oxşar yazılar