Amerikalılar Tehrana gedəcək
16 fevral 2013 04:37 (UTC +04:00)

Amerikalılar Tehrana gedəcək

Fevralın 21-22-də Tehranda sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışı keçiriləcək.

Lent.az-ın məlumatına görə, həmin yarışda Azərbaycan, Rusiya, İran, ABŞ, Gürcüstan, Qazaxstan, Yaponiya, Belarus, Bolqarıstan və Türkiyə güləşçiləri iştirak edəcək.

Mətbuatın yaydığı məlumata əsasən, ABŞ idmançıları Dünya Kuboku öncəsi son hazırlıq məşqlərini Bakıda Azərbaycan güləşçiləri ilə birgə keçirir. Fevralın 12-dən etibarən paytaxtımızda olan ABŞ komandasının heyətində 11 güləşçi yer alıb.

Onların arasında dünya çempionatlarının  mükafatçıları, eləcə də London Olimpiya Oyunlarının 74 kq çəki dərəcəsində qalibi Jordan Burroughs da var. Məşqçilər Zeke Cons və Endi Hrovatın rəhbərliyi altında ölkəmizdə səfərdə olan ABŞ güləşçiləri fevralın 19-da təlim-məşq toplanışını başa vuracaq və İrana yollanacaq.

 

# 631
avatar

Oxşar yazılar