Almaniyanın kansleri Angela Merkel Ukrayna müxalifətinin liderləri Vitali Kliçko («UDAR» Partiyası) və Arsen Yatsenyuku («Batkivşin») qəbul edib.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bundan sonra onlarla ölkənin xarici işlər naziri Frank-Valter Ştaynmayer görüşüb.
Bir müddət öncə Almaniya hökumətinin təmsilçisi Şteffen Zaybert qeyd etmişdi ki, rəsmi Berlin Ukraynda münaqişə edən hər iki tərəflə danışıqlar aparmaq niyyətindədir.
Kanslerlə danışıqlar ərəfəsində Vitali Kliçko Ukrayna hakimiyyətinə qarşı sanksiya tətbiq edilməsini istəmişdi.