Misirin Təhlükəsizlik qüvvələrinin əməkdaşları ölkənin tanınmış din xadimi şeyx Abdulla Bədri həbs edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, aktrisa Elham Şahini təhqir edib.
Məhkəmə Bədri bir azadlıqdan məhrum edib. Ona bir ay efirə çıxmaq yasağı da qoyulub.
2012-ci ildə o, televerilişlərdən birində aktrisanı «fahişə» adlandıraraq, onun lənətləndiyini söyləyib. Bundan başqa din xadimi E.Şahini misirli qadınlara pis örnək olmaqda, ölkə qadınlarına ərlərinə xəyanət etməyi öyrətməkdə suçlayıb.
O, aktrisanın şikayəti əsasında tutulub.