Ağ Evdən Əsədə dair yeni açıqlama
15 aprel 2016 03:27 (UTC +04:00)

Ağ Evdən Əsədə dair yeni açıqlama

ABŞ Suriya prezidenti Bəşər Əsədi güc yolu ilə devirməyi planlaşdırmayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib.

 

“Prezident Obamanın təşəbbüsləri arasında belə bir təklif heç vaxt olmayıb”, - deyə Ernest qeyd edib.  

 

 Qeyd edək ki, ötən gün Rusiya prezidenti Vladimir Putin "canlı bağlantı" zamanı bildirib ki, “Barak Obama qabiliyyətli insandır, çünki ABŞ-ın Liviyadakı səhvlərini etiraf edib”.  

 

Putin Obamanı Suriyadakı səhvləri təkrarlamamağa çağırıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 279
avatar

Oxşar yazılar