Almaniya polisi dəmiryol dayanacaqlarında bilet satan avtomatların təhlükəli olduğu barədə xəbərdarlıq edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, asayiş keşikçiləri bu avtomatların partlaya biləcəyini bildirib.
Polisin sözlərinə əsasən, sui-istifadəçilər avtomatlardakı pulları götürmək üçün ora qaz vurur sonra onu partladırlar : «Ancaq bəzən cinayətkarlar öz istəklərinə nail ola bilmir və qaz avtomatda qalır».
Polis sərnişinlərə bildirib ki, əgər pul daxil etmək üçün avtomatın uyğun kəsiyi bağlı olarsa, yaxud yapışqan lentlə bağlanarsa o zaman hakimiyyət orqanlarına məlumat versinlər.