Fevralın 13-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA)komissiyası «Pərçin» nüvə obyekti ilə bağlı əməkdaşlığı müzakirə etmək üçün Tehrana səfər edəcək.
Lent.az-ın «Ria-Novosti»-yə istinadən məlumatına görə, bu haqda ölkənin xarici işlər naziri Əlkəbər Salehi mətbuat konfransında açıqlama verib.
«Bir daha qeyd etmək istəyirəm ki, bu müəssisə nüvə fəaliyyət obyektlərindən deyil. Ona görə də İranla AEBA arasında müəyyən edilmiş öhdəliklər daxil edilməyib.
Çərşənbə günü qurumun müfəttişləri bu çərçivəni müzakirə etmək üçün İrana gələcək»-deyə, nazir bildirib.