Fevralın 13-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişləri ilə İran təmsilçilərinin Tehranda keçirilən növbəti görüşü də ciddi nəticə əldə edilmədən başa çatıb.
Lent.az-ın «Röyetr»-ə istinadən məlumatına görə, tərəflər İranın mübahisəli atom-nüvə proqramı ilə bağlı danışıqları davam etdirmək qərarına gəliblər.
İranın AEBA-dakı təmsilçisi Ələsgər Soltaniyanın qənaətincə, razılaşma mətnindəki bəzi maddələr üzrə anlaşılmazlıq aradan qaldırılıb.
Bununla belə qurumla keçiriləcək görüş barəsində əlavə məlumat verilməyib.