Açıqlamadığı xəbərlərə görə Snoduen əfv oluna bilər
14 dekabr 2013 05:48 (UTC +04:00)

Açıqlamadığı xəbərlərə görə Snoduen əfv oluna bilər

ABŞ Milli Təhlükəsizlik Bürosunun təmsilçisi Rik Leqqett «CBS» telekanalına müsahibəsində Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş agenti Edvard Snoudenini əfvi ilə bağlı açıqlama verib.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, o, deyib ki, hazırda Rusiyaya sığınan Snouden əlində olan gizli informasiyaları açıqlamayacağı halda, Amerikanın xüsusi xidmət orqanları onun əfvi barədə dşünə bilər.

 

«Şəxsi qənaətimdir. Əgər  ən yüksək səviyyədə təminat verilərsə, onun əlindəki məlumatlar təhlükəsiz olarsa,  o zaman bu baş verər. Bu vəd isə onun tərəfindən adi vəd olmamalıdır»-deyə, R.Leqqett Snoudenin əfvi ilə bağlı sualı cavablandırarkən bildirib.

 

Milli Təhlükəsizlik Bürosunun məlumatına əsasən, keçmiş kəşfiyyatçı açıqlanmayan 1,5 milyon gizli informasiyaya malikdir.

 

Qurumun rəhbəri Kit Aleksander isə əfvin «pis ideya» olduğunu söyləyib: «Bu, 50 girovdan 10-nu güllələyən adamın hərəkətinə oxşayır. Həmin adam 40 nəfəri sərbəst buraxacağının qarşılığında əfv istəyir. Biz bu lazım deyil. Sonra başqa biri də əlindəki informasiyalarla oxşar sövdələşmə tələbi ilə  Honkonqa, oradan da Moskvaya qaçsın». 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 705
avatar

Oxşar yazılar