Abxaziya və Cənubi Osetiyanın işğalı - Avropa üçün ciddi təhlükə
03 fevral 2013 02:35 (UTC +04:00)

Abxaziya və Cənubi Osetiyanın işğalı - Avropa üçün ciddi təhlükə

“Abxaziya və Cənubi Osetiya işğal olunub. Bu bir faktdır və Gürcüstanın xarici siyasətinin prioriteti bu situasiyanı dəyişməkdir”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Xarici İşlər Naziri Maya Pancikidze 49-cu Beynəlxalq Münhen Təhlükəsizlik konfransındakı çıxışında bildirib.

 

“Gürcüstanın yeni hakimiyyəti qərara alıb ki, ölkəni Avropa demokratiyalı ölkəyə çevirsin. Biz arzu edirik ki, Gürcüstanı Avropa və Avroatlantik strukturlarla yaxınlaşdıraq. Rusiyanın işğal olunan torpaqlarımızın 20% status-kvo şəklində saxlaması Gürcüstanın təhlükəsizliyi və eyni zamanda bütün Avropa üçün ciddi təhlükə yaradır. Abxaziya və Cənubi Osetiya işğal olunub, bu bir faktdır” , deyə Pancikidze bildirib.

 

Gürcüstan Xarici İşlər Naziri ABŞ-ın vitse-prezidenti Co Baydenin qondarma Abxaziya və Cənubi Osetiya respublikalarını tanımayacaqları bəyanatına da münasibət bildirib: “Bu bəyanat bizim üçün çox vacib bir bəyanatdır. Bayden qeyd edib ki, kimin hansısa alyansa üzv olmasına müdaxilə etməyə heç kimin hüququ yoxdur. Bu bəyanat bizə ünvanlanıb. ABŞ-ın vitse-prezidentinin bizə ünvanladığı bu bəyanat bizim üçün çox müsbət bəyanatdır”, deyə Maya Pancikidze bildirib.

 

Xatırladaq ki, 49-cu Beynəlxalq Münhen Təhlükəsizlik konfransı fevralın 1-də başlayıb və fevralın 3- də başa çatacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1400
avatar

Oxşar yazılar