<span style="color:red;">ABŞ Dövlət Departamentindən terror xəbərdarlığı:  Yenə olacaq
23 mart 2016 10:54 (UTC +04:00)

ABŞ Dövlət Departamentindən terror xəbərdarlığı: Yenə olacaq

ABŞ  Dövlət Departamenti Avropada yaxın vaxtlarda yenə terror hadisələrinin olması ehtimalı ilə bütün vətəndaşlarına xəbərdarlıq edib.

 

Lent.az-ın ria.novosti-ə istinadən məlumatına görə, ABŞ Dövlət Departamentinin xəbərdarlığında terrorçuların turistlərin çoxluq təşkil etdiyi istirahət mərkəzlərində,  insan sıxlığı olan festival, bayram şənlikləri, idman oyunları və çox insanın toplaşdığı digər yerlərdə, restoranlarda, ictimai nəqliyyatda terror törətməyi planlaşdırdığını deyib.

 

 

ABŞ bütün Amerika vətəndaşlarını insanların sıx olduğu yerlərdə ehtiyatlı olmağa, ətrafa həmişə diqqət etməyə və çox insan toplusu olan yerlərdən uzaq gəzməyə, ənənəvi bayram şənlikləri, festivallara qatılmamağa çağırıb.

Həmçinin, xəbərdarlıqda amerikanlara getdikləri yerdə təhlükəsizlik yoxlamasına normal yanaşmaq, kütləvi informasiya vasitələrini mütəmadi izləmək,  gündəlik gedəcəkləri yer, edəcəkləri iş barədə qohum-tanışlarına məlumat vermək tapşırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 245
avatar

Oxşar yazılar