ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Con Kirbo ölkəsinin İŞİD-lə mübarizəsinə dəstək olduğu üçün Türkiyəyə təşəkkür etdiyini deyib.
Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, Türkiyənin 2,7 milyon suriyalıya ev sahibliyi etdiyini xatırladan Kirbi “biz Türkiyənin İŞİD-lə mübarizədə koalisiyaya verdiyi dəstək üçün minnətdarıq. Son terror hücumunun ardından belə Türkiyə bu dəstəyi azaltmayıb” deyib.