ABŞ yeni termonüvə bombasını sınaqdan keçirdi
14 aprel 2017 22:59 (UTC +04:00)

ABŞ yeni termonüvə bombasını sınaqdan keçirdi

ABŞ Hərbi-Hava Qüvvələri “B61-12” tipli termonüvə bombasını ilk dəfə olaraq “F-16” qırıcı təyyarəsi ilə sınaqdan keçirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partladıcısız termonüvə bomba aprelin 14-də “F-16C” qırıcı təyyarəsindən Nevada ştatındakı poliqona atılıb.

 

“Robins” aviabazasının saytında dərc olunmuş müvafiq məlumatda qeyd edilib ki, sınaqların məqsədi təyyarənin döyüş sursatını daşıma qabiliyyətini nümayiş etdirmək və mərminin qeyri-nüvə komponentlərinin işləməsini yoxlamaqdır. 

 

Bomba ilk dəfə olaraq “F-16C” qırıcı təyyarəsi ilə sınaqdan keçirilib. Gələcəkdə onu “B-2A”, “B-21”, “F-15E”, “F-16C/D” və “F-16 MLU”, habelə “F-35” və “PA-200” tipli təyyarələrlə də sınaqdan keçirmək nəzərdə tutulub.

 

İdarəolunan və yüksək dəqiqliyə malik yeni “B61-12” tipli bomba ilk dəfə 2015-ci ildə sınaqdan keçirilib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 269
avatar

Oxşar yazılar