ABŞ və AB İrana qarşı sanksiyanın bir hissəsini dayandırdı
20 yanvar 2014 20:31 (UTC +04:00)

ABŞ və AB İrana qarşı sanksiyanın bir hissəsini dayandırdı

Yanvarın 20-də «altılıq»la İran hakimiyyəti arasında anlaşma qüvvəyə minib.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, həmin müqavilə çərçivəsində atom-nüvə proqramı ilə bağlı Tehrana tətbiq olunan sanksiyalar hissə-hissə ləğv edilib.

ABŞ və Avropa Birliyi İranın bank hesablarındakı dondurulmuş yüz milyarda yaxın aktivinin 4,2 milyard dollarını hissə-hissə qaytaracaq. Bundan başqa İran neftinin nəqliyyatının sığortalanması və neft məhsullarının ixracına qoyulan qadağa aradan qaldırılacaq.

 

İran hakimiyyəti isə daha çox nəqliyyat sektoruna qoyulan sanksiyanın götürülməsini vacib sayır. Məlum olduğu kimi yasaqlar ucbatından İranın avia nəqliyyatı çətin durumdadır. Ötən illər ərzində bu qadağalar görə, ölkənin mülki hava nəqliyyat şirkətləri xaricində yeni təyyarələr və onlara ehtiyat hissələri ala bilmir.

 

Mütəxəssislərin dəyərləndirməsinə əsasən, İslam Respublikası aviaparkını fəaliyyətini normallaşdırmaq üçün 400-ə yaxın təyyarə almağı planlaşdırıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 605
avatar

Oxşar yazılar