ABŞ Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq etdi
17 mart 2016 00:08 (UTC +04:00)

ABŞ Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq etdi

0

ABŞ prezidenti Barak Obama Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib

 

APA-nın məlumatına görə, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.

 

“Prezident Obama Koreya Xalq Demokratik Respublikası və Koreya Əmək partiyasının ABŞ ərazisindəki əmlakını və maliyyə yatırımlarını dondurub”, sənəddə qeyd olunub.

 

Həmçinin ABŞ vətəndaşlarına Şimali Koreyaya yeni investisiyalar yatırmaq, bu ölkəyə mal və texnologiyalar ixrac etmək qadağan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 416

Oxşar yazılar