ABŞ Avropanın xeyrinə Ukraynanın seçiminə dəstəkləyir və Rusiyanı bu ölkədə «probelmin dinc yolla həllinə təsir etməyə» çağırır.
Lent.az-ın «UNİAN»-a istinadən məlumatına görə, ABŞ-ın Moskvadakı səfirliyində dövlət katibininin Avropa və Avroasiya məsələləri üzrə müavini Viktoriya Nuland, eləcə də ABŞ Milli təhlükəsizlik şurası yanında Rusiya və Avroasiya bölməsinin direktoru Selesta Vallanderlə Rusiya xarici işlər nazirinin müavinləri Sergey Ryabkov və Aleksey Meşkov, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov, Rusiya vətəndaş cəmiyyəti təmsilçilərinin görüşü olub.
Məlumata əsasən, Nuland Ukraynada baş verənlərdən ABŞ-ın rahatsız olduğunu bildirib. O, Rusiya təmsilçilərinə Avropanın xeyrinə ölkəsinin Ukraynanı dəstəklədiyini söyləyib.