ABŞ prezidentinin müavini Cozef Bayden Ukaryana prezidenti ilə telefonla danışıb.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, bu haqda «Röyter» xəbər yayıb.
Mənbə bildirib ki, danışıq zamanı C.Bayden etiraz aksiyaları zamanı güc tətbiqi ehtimalında rahatsızlığını deyərək, Ukrayna prezidentinə müxalifətlə danışığa başlamağa çağırıb.
«Demokratik cəmiyyətdə zorakılığa və bizim strateji münasibətlərimizdə yer yoxdur» -deyə, prezident müavini bildirib.