ABŞ İranı növbəti dəfə hədələdi
05 fevral 2013 14:19 (UTC +04:00)

ABŞ İranı növbəti dəfə hədələdi

“Fevralın 25-də Qazaxıstanda İranın nüvə məsələsinin müzakirə edilməsi gözlənilir”.

 

Lent.az-ın Türkiyənin “Hüriyyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidentin köməkçisi Co Bayden bildirib. O qeyd edib ki, görüş İran, Almaniya və BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü arasında baş tutacaq. Rəsmi Tehran bu görüşü ciddi qiymətləndirməlidir. Fevralın 28-29-da İstanbulda görüş nəzərdə tutulsa da, İran tərəfi bunu qəbul etməyib”.

 

Ağ Ev rəsmisi İranı beynəlxalq öhdəlikləri yerinə yetirməyə çağırıb. “Əgər belə olmasa, İrana qarşı sanksiyalar və beynəlxalq təzyiq daha da artacaq” - deyə, Bayden vurğulayıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 803
avatar

Oxşar yazılar