İranın atom-nüvə proqramına bağlı sahələrlə əlaqədə olduqları üçün Ağ Evin Tehrana tətbiq etdiyi sanksiyaları pozduqlarına üçün ABŞ-ın Maliyyə Nazirliyi İslam Respublikasının 19 şirkəti və fiziki şəxsini «qara siyahıya» salıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Avropa və Asiyada fəaliyyət göstərən həmin şirkətlər İranın “MahanAir” hava yolları şirkəti ilə əməkdaşlıq edib, həmçinin ABŞ-dan mülki təyyarələr üçün ehtiyat hissələri alaraq bu ölkəyə göndərib. Onların əksəriyyəti Türkiyədə, digərləri isə Ermənistan, Yunanıstan, İran, Tailand və Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərir.
ABŞ Maliyyə Nazirliyinin “qara siyahısı”na düşmüş yalnız iki şirkətin adı açıqlanıb.
Bunlar Ermənistanın “Vertir Airlines” və Yunanıstanın “Airlines” hava yolları şirkətləridir. Sanksiyaya məruz qalan digər şirkətlərin və şəxslərin tam siyahısı hələ açıqlanmayıb.