ABŞ hərbçilərinin yarısını Əfqanıstandan çıxaracaq
12 fevral 2013 21:50 (UTC +04:00)

ABŞ hərbçilərinin yarısını Əfqanıstandan çıxaracaq

ABŞ prezidenti Barak Obama 2014-cü ilədək Əfqanıstandan 34 min amerikalı hərbçinin çıxarılacağını bəyan edib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Obama bu məsələ ilə bağlı Konqresdə edəcəyi illik çıxışında bəyanat verəcək.

 

Beləliklə, ABŞ-ın 66 min hərbçisinin yarısı bir il ərzində Əfqanıstandan çıxarılacaq.

 

Bir müddət öncə Ağ ev bildirmişdi ki, 2014-cü ilin sonunadək bu ölkədən NATO-nun əsas qüvvəsi çıxarılacaq, ümumiyyətlə, Əfqanıstanda ABŞ ordusu, hətta xüsusi təyinatlılar belə qalmayacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 463
avatar

Oxşar yazılar