ABŞ-ın sanksiyaları KXDR-ə yardımı mədudlaşdırır
24 may 2013 06:56 (UTC +04:00)

ABŞ-ın sanksiyaları KXDR-ə yardımı mədudlaşdırır

Şimali Koreyaya (Koreya Xalq Demokratik Respublikası -KXDR) yardım edən beynəlxalq təşkilatlar rəsmi Vaşinqtonun Pxenyanan tətbiq etdiyi sanksiyalar onların bu ölkədəki fəaliyyətinə güclü təsir göstərdiyin təsdiqləyib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, blə təşkilatlardan birinin təmsilçisi deyib ki, beynəlxalq banklar Şimali Koreyanın aparıcı bankına valyuta köçürməyi dayandırıb.

 

Avropanın 6 xeyriyyə təşkilatı sağlam qidanın dəstəklənməsi, eləcə də Şimali Koreyanın kənd təsərrüfatına yardımla bağlı bəzi layihələri kəsməyə məcbur olublar.

 

Rəsmi Pxenyanın elçisi gərginliyə son qoymaq üçün Pekinə  gələrək, Çin rəsmilərinə ölkəsinin danışıqlara hazır olduğunu çatdırıb. Ancaq bunun nə vaxt və harda keçiriləcəyi hələlik bəlli deyil.

 

Əvvəllər Şimali Koreyada fəaliyyət göstərən xeyriyyə təşkilatlarının hesabına pul Çindəki banklar vasitəsi ilə köçürülürdü.Ancaqbu mayın əvvəlində Pekin də  KXDR-in əsas bankının hesabını dondurub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 405
avatar

Oxşar yazılar