Neytral sularda İranın Hərbi Hava Qüvvələrinə məxsus qırıcı ABŞ-ın Pilotsuz Uçan Aparatı «Predator» ələ keçirməyə cəhd göstərib.
Lent.az-ın «Frans Press»-ə istinadən məlumatına görə, Pentaqonun təmsilçisi Corc Littl bildirib ki, onlara ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) qırıcıları mane olub.
«ABŞ HHQ-inin təyyarələri xəbərdarlıq raketi buraxdıqdan sonra onlar izləməyə dayandırıb»-deyə, C.Littl söyləyib. Onun sözlərinə görə, olay zamanı tərəflər atəş açmayıb.
Bəyanatda qeyd olunub ki, İran tərəfdən qurğunu «F-4» tipli qırıcılar ələ keçirmək istəyib.
Xatırladaq ki, bu birinci hadisə deyil. Ötən ilin noyabrında da oxşar olay baş vermişdi. Onda ABŞ neytral suların üzəri ilə uçduqlarını bildirmişdi.