ABŞ-ın Venesueladakı səfirliyinin hərbi attaşesi Robert Esekel və diplomatik missiyanın daha bir əməkdaşı Karakasdakı «Angelus» adlı striptiz- klubda baş verən atışma nəticəsində yaralanıblar.
Lent.az-ın «Röyter»-ə istinadən məlumatına görə, atışma kluba gələnlərlə turistlər arasında baş verib. Attaşe ayağından, ikinci diplomat isə qarın boşluğu nahiyəsindən yaralanıb. Bu klub yerli sakinlər arasında belə hay-küyü ilə tanınıb.
Səfirlikdən faktı təsdiqləyərək, yaraların həyatları üçün təhlükə yaratmadığını da bildiriblər.