Bir neçə gün öncə ABŞ-ın Misirə hərbi yardımı dayandırması barədə xəbərlər yayılmışdı. Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, Ağ Evin təmsilçisi Coş Ernest jurnalistlər müsahibəsində bu xəbəri təkzib edərək, bildirib ki, ABŞ Misirə hərbi yardımı dayandırmayıb.
«Hərbi yardım dayandırılmayıb, bu məsələyə baxılır»-deyə, Ernest vurğulayıb.
ABŞ hər il Misirə 1,3 milyard dollarlı hərbi yardım edir. Onun qarşılığında Yaxın Şərqdə onun tranzit xidmətindən yararlanır.
Xatırladaq ki, bir müddət öncə bir sıra senatorlar Məhəmməd Mursi hakimiyyətinin devrilməsinə etiraz olaraq, ABŞ prezidenti Barak Obamadan Misirə hərbi yardımları dayandırmağı istəmişdi.