ABŞ-dan Rusiyaya sərt mesaj
15 mart 2016 21:37 (UTC +04:00)

ABŞ-dan Rusiyaya sərt mesaj

ABŞ Dövlət Departamenti Krıma görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir

 

Bakı-APA. ABŞ Dövlət Departamenti  Krımın anneksiya olunmasına görə Rusiyaya qarşı tətbiq edilə biləcək yeni sanksiyaları nəzərdən keçirəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə dövlət katibinin köməkçisi Viktoriya Nuland bildirib.

 

“Biz bu istiqamətdə əlavə nə edə biləcəyimizi araşdıracağıq”, - deyə Nuland Senatda dinləmələr zamanı müvafiq suala cavabında vəd edib.     

 

Nuland xatırladıb ki, hazırda ABŞ və Aİ tərəfindən tətbiq edilən sanksiyalar bu bölgəyə sərmayə yatırmağı qadağan edir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 288
avatar

Oxşar yazılar