“American Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi De Moyn (Ayova ştatı) hava limanına təcili eniş edib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, buna pilotların kabinəsindəki tüstülənmə səbəb olub.
Məlumata əsasən, Çikaqodan (İllinoys ştatı) havaya qalxandan bir saat sonra pilot dispetçerə texniki nasazlıq haqda məlumat verib. Finiks (Arizona ştatı) şəhərinə uçan təyyarənin göyərtəsində 190 nəfər olub.
Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir. Sərnişinlər mənzil başına başqa reyslə göndəriləcək.