ABŞ-ın Şimali Dakota ştatında neft buruqlarının birində partlayış baş verib.
APA-nın ABC telekanalına istinadən verdiyi xəbərə görə, insident Uotford-siti şəhəri yaxınlığında qeydə alınıb.
Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. 52 yaşlı Vayominq ştatı sakini aldığı yaralardan hospitalda vəfat edib.
Hadisənin təfərrüatları və partlayışın səbəbləri açıqlanmır.