İrana qarşı hərbi gücün tətbiq edilməsinə dair qətnamə ABŞ Konqresinə təqdim olunub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, “İrana qarşı gücdən istifadə olunmasına icazə” adlı qətnamə Nümayəndələr Palatasının Floridadan olan deputatı Elsi Hastinqs tərəfindən təqdim edilib.
“İranın nüvə silahı əldə etməsinin qarşısının alınması istiqamətində məqsədlərə nail olmaq üçün prezidentə ABŞ Silahlı Qüvvələrindən istifadə etmək icazə verilir”, - deyə qətnamədə bildirilir.
Qətnamənin Konqresin hər iki palatası tərəfindən qəbul edilməsi ehtimalı çox aşağıdır.
Donald Trampın administrasiyası İrana qarşı qüvvə tətbiq edilməsi planına dair indiyədək heç bir fikir bildirməyib.