ABŞ-da avtobus aşdı: 26 yaralı
23 may 2016 03:19 (UTC +04:00)

ABŞ-da avtobus aşdı: 26 yaralı

0

ABŞ-da ağır yol qəzası qeydə alınıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Kaliforniya ştatının Haylend şəhərində qeydə alınıb.

 

Belə ki, sərnişin avtobusunun aşması nəticəsində azı 26 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, avtobusda 50-dək sərnişin olub.

 

Yaralılar xəstəxanaya çatdırılıb. Qəzanın başvermə səbəbləri barədə məlumat verilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 486

Oxşar yazılar