ABŞ-ın Corciya ştatında baş vermiş atışma nəticəsində uşaq daxil olmaqla 6 nəfər ölüb. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, insident Duqlasvill şəhərində qeydə alınıb.
İlkin məlumata görə, hadisə nəticəsində iki nəfər yaralanıb. Yaralılardan biri atəş açan şəxsdir, o intihar məqsədi ilə özünə atəş açıb. Onun xəstəxanaya çatdırıldıqdan az sonra keçindiyi bildirili. O Polis şerifi Qlen Deniel açıqlamasında bildirib ki, atışma barədə xəbər polisə yerli vaxtla 23.00-da (Bakı vaxtı ilə 00.00) daxil olub. O ölənlərin arasında azı bir uşağın olduğunu təsdiqləyib. Bəzi KİV-lər ölənlər arasında 2 uşağın olduğunu bildirib.
Polis ölən şəxslərin adını hələlik açıqlamır. Hadisənin səbəbləri məlum deyil.