Avropa Birliyinin Ukraynadakı səfiri Yan Tombinski və ABŞ-ın bu ölkədəki səfiri Cefferi Payett hakimiyyəti dinc nümayişçilərə qarşı güc tətbiqindən çəkinməyə çağırıblar.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, C.Payetta «tvitter» səhifəsində yazıb: «Dinc nümayişlər danışıqlar və güc tətbiqi edilmədən davam etməlidir…Dünya Ukraynadakı olayları izləyir. Şansı əldə vermək olmaz».
Tombinski isə öz səhifəsində Ukrayna hakimiyyətini «fikir və sərbəst toplaşmaq azadlığına hörmət etməyə çağırıb».