Avropa Birliyinin Tacikistandakı təmsilçiliyi yerli «Ozodqan» informasiya agentliyinin operatoru Əbdürəhim Şükürovun bu yaxınlarda həbs olunmasını və döyülməsi ilə bağlı bəyanat verib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, AB Tacikistan hakimiyyətini baş verən olayın qısa müddətə araşdırmağa və günahkarları cəzalandırmağa çağırıb.
Mənbə xatırladıb ki, Şükürov 2013-cü il dekabrın 25-də peşə vəzifəsini icra
edərkən saxlanılıb. O, istintaq təcridxanası qarşısında keçirilən aksiyanı çəkərkən, təzyiqə məruz qalıb. Yerli informasiya vasitələri onun rayon milis şöbəsində döyüldüyü haqda məlumat yayıb.