Avropalı auditorlar Avropa Birliyinin Qəzza zolağındakı fələstinli dövlət qulluqçularının əmək haqqının ödənilməsini dayandırmağa çağırıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, auditorlar bildirib ki, minlərlə belə məmur işə getmir.
Auditorların hesablamasına əsasən, 2008-2012-ci illərdə AB Qəzza zolağından olan məmurlara bir milyard avro pul verib.
Müfəttişlər qurumu bu xərclərə yenidən baxmağa və diqqəti daha çox İordan çayının Qərb sahilinin inkişafına ayırmağa çağırıblar.
Auditorlar bildirib ki, Qəzza zolağında «HƏMAS» hərəkatı hakimiyyətə gələndən, 2007-ci ildən dövlət məmurları işə çıxmır.