Dekabrın 11-də Avropa Birliyi ilə Ukrayna arasında birliyə assosiativ üzvlüklə bağlı müqavilənin imzalanmasına hazırlıq üçün danışıqlara başlanacaq.
Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, ölkə prezidenti Viktor Yanukoviç bildirib ki, bu məqsədlə baş nazirin müavini Sergey Arbuzovun başçılıq etdiyi nümayəndə heyəti Brüsselə səfər edəcək:«Brüsseldə birgə işçi qrup işə başlayacaq. Avropa komissiyası bizə təkli edib».
Ölkə televiziyası ilə çıxışı zamanı o, deyib ki, danışıqların gedişində Ukrayna iqtisadiyyatını təmin edəcək şərtlərin təmin olunmasına çalışacaqlar.
«Məqsədimiz çox sadədir. Biz istəyirik ki, bu gün Ukraynanın istehsal-dövriyyə, xalqımız, ölkəmizin inkişafı üçün əlverişli şərait yaradılsın» - deyə, Yanukoviç bildirib.
Onun sözlərinə əsasən, AB ilə assosiasiya haqqında müqavilə 2014-cü ilin martında, qurumun növbəti sammitində imzalana bilər.